Əli Əsədov sabah parlamentdə videohesabat verəcək

eli-esedov-sabah-parlamentde-videohesabat-verecek
Oxunma sayı: 1090

Baş Nazir Əli Əsədov Milli Məclisin sabahkı iclasında videohesabat verəcək.

Bu barədə “Qafqazinfo”ya MM-in mətbuat  xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. 

O qeyd edib ki, iclasın gündəliyinə 6 məsələ  təklif olunub: “Gündəliyin ikinci məsələsi Nazirlər Kabinetinin 2019- cu il fəaliyyəti haqqındadır. Konstitusiyanın tələbinə görə,  Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin  hesabatı dinlənilməlidir. 

Karantin rejimiylə əlaqədar Baş Nazir Əli Əsədovun plenar iclasda video hesabatı dinləniləcək.  Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.  Yaşı 65-dən yuxarı olan deputatlardan isə xahiş olunur ki, onlar karantin rejiminin tələblərinə əməl etsinlər”.

Qeyd edək ki, iclas bir gün keçiriləcək.

Günel Türksoy