Əli Əsədov Ukraynadakı hadisələrdən danışdı

eli-esedov-ukraynadaki-hadiselerden-danisdi
Oxunma sayı: 2144

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

O qeyd edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb: “Qonşu ölkələrin maliyyə-bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib. Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”.

Eldar Tanrıverdi