Əli Həsənov şəhid mayorun yas mərasimində - Foto

eli-hesenov-sehid-mayorun-yas-merasiminde
Oxunma sayı: 1041

“Prezident İlham Əliyev həmişə deyir ki, lazım gələrsə torpaqlarımızı özümüz azad edəcəyik. Keçən il bu vaxtlar Azərbaycan Ordusu, Azərbacaynın Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı ilə monolit birlik hesabına 25 il ərzində işğal altında qalan çox vacib 2 startateji yüksəklik azad edildi. Bunlar Lələtəbə və Talış ərazisidir”.

“Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, bunu  baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Füzulu rayonunda mayor Əliyev Elnur Adiloğlunun Şəhid olmasının ildönümünə həsr olunmuş anım mərasimində bildirib.

O deyib ki, bu yüksəkliyi azad edərkən ordumuz şəhid verdi: "Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Şəhidlərimizin torpaqları nurla dolsun. Onlar şəhidlik zirvəsinə qaxıblar. Şəhid bizim dini qaydalara görə ölmür, ömürlük yaşayır. Şəhidlik zirvəzinə qalxmaq - bu çox böyük fəxarətdir, şanlı bir işdir. Hər kəs bu şəhidlik zirvəsinə qalxa bilmir".  

Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqı öz şəhidlərinin qədrini bilir: “Xalqımız, dövlətimiz, prezidentimiz qədr biləndirlər. Şəhidlər heç vaxt unudulmur və unudlmayacaq.  Bizlərin borcu isə şəhidin qalan ailə üzvlərinə diqqət və qayğı göstərməkdir. Dövlət onsuz da bu diqqəti və qayğını gösətir. Lakin hər bir azərbaycanlının borcudur ki, torpaq, vətən uğrunda şəhid olan hər bir azərbaycanlının ailə üzvlərinə, validenlərinə diqqət və qayğı ilə yanaşsın".