Yeni Azərbaycan Partiyasının 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Milli Məclisə deputatlığa namizədi Əli Hüseynli Mingəçevir şəhərində ictimaiyyət nümayəndələri və seçicilərlə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Daha güclü Azərbaycan naminə” şüarı altında baş tutan görüşdə Əli Hüseynli çıxış edərək bildirib ki, Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında olduğu kimi Yevlax-Mingəçevir bölgəsində də abadlıq-quruculuq, yenidənqurma vətəndaşların sosial iqtisadi rifah halının yaxşılaşdırılması işləri həyata keçirilir:
“Mən əminəm ki, həm Yevlaxda, həm də Mingəçevirdə insanlar cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, ona səmimi və sadəqətlə xidmət edən YAP namizədlərini yenə də dəstəkləyəcəklər. Vətəndaşlar əmin ola bilər ki, biz də onları şərəflə təmsil edəcək və hər zaman yanlarında olacağıq”.
Görüşdə çıxış edən vətəndaşlar əvvəllər də daim seçicilərinin yanında olan, onların problemlərini öz problemi kimi qəbul edib daim onları diqqət mərkəzində saxladığı üçün Əli Hüseynliyə təşəkkürünü bildiriblər. Eyni zamanda, YAP namizədlərini dəstəkləyərək uğurlu Azərbaycan gələcəyinə səs verəcəklərini bildiriblər.









Son xəbərlər
Son Xəbərlər