Əli İnsanov 3 gün karsa salınıb -

eli-insanov-3-gun-karsa-salinib-
Oxunma sayı: 1033


“Qafqazinfo”nun “Azadlıq” qəzetinə istinadən verdiyi məlumatına görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına aparılıb və dərhal karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq.

“Qafqazinfo”