Əli İnsanov Bakı İstintaq Təcridxanasına gətirilir

eli-insanov-baki-istintaq-tecridxanasina-getirilir
Oxunma sayı: 1650


“Qafqazinfo” xəbər verir ki, “Media forum” saytının məlumatına görə, vəkil Toğrul Babayev bildirib ki, Penitensiar Xidmət köçürülmə haqda qərar verib: “Bakı Apelyasiya Məhkəməsi Əli İnsanovun məhkəməyə gətirilməsini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etmişdi. Penitensiar Xidmət köçürülmə qərarını buna görə çıxarıb”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.