Sabiq səhiyyə naziri, Üçüncü respublikanın banisi Heydər Əliyevin keçmiş silahdaşlardan biri, "bir nömrəli siyasi dustaq" Əli İnsanov uzun sürən həbsdən çıxandan sonra geniş müsahibə ilə çıxış edib. Ə.İnsanov "Amerikanın səsi"nin obyektivində peyda olub. İlk təəssüratlar...
Səmimi etiraf etsək, elə təəssürat yarandı ki, televiziya kamerasının qarşısında çıxış edən Əli İnsanov yox, Lyudmila Alekseyevadır. Və ya Vatslav Qavel olmasa da, Lev Ponomaryov. İnsanov geniş şəkildə və bəlağətlə insan hüquqları, sosial ədalət, siyasi bərabərlik və digər universal dəyərlərdən bəhs edirdi.
Ftizatrın, ardından küçə qəbiləsinin aktivisti, sonra nazir, məhbus və indi "millətin xilaskarı" olmuş birisinin hekayəti Çörçil, Trumen və Tetçerin kotirovkaları ilə zəngin idi.
Sanki qarşımızda ideoloji ilhamverən, Soljenitsinin şagirdi və "Çadayevşinalığın" mənbəyi və Avro-Atlantikanın sosio-mədəni fenomeni dayanmışdı. İliyinə qədər Qərbçi. Xalq işi üçün mübarizədə çarmıxa çəkilmiş məzlum… Budur, sizinlə bizim belə Çernışevskimiz var-vətəndaş edamının qurbanı!
İnsanovun azadlıqda ilk fotosu
Nəhayət, Əli İnsanov öz siyasi ambisiyalarını ilk dəfə bəyan edir. Traybnomenklaturanın banilərindən biri tezliklə siyasi təşkilat yaradıb hakimiyyət uğrunda fədakar mübarizəyə başlayacaq. Bəli, Insanovun sözlərinə görə, o, mübarizəsində "Qandizm" ideologiyasına söykənəcək. Və hakimiyyətin, keçmiş əqidə yoldaşlarının üzərinə ölülər üçün ağ parçadan olan geyimlə-kəfənlə gedəcək.
Bax, vaxtilə Azərbaycanda sistem korrupsiyasını simvollaşdıran məyus insan indi özünü mərhələylə və pafosla, amma xırıltılı və zəif səslə belə ifadə edirdi.
Bizim siyasi tariximizin dramatik əsri metamorfozalarla və mifik kökündən dəyişilmələrlə boldur. Ancaq İnsanovun–90-cı illərin orta və son dövrünün ən irticaçı qırğılarından birinin metamorfozası bizim həyatımızda qeyri-təbii hadisədir. Əlbəttə, istənilən insan, həmçinin siyasətçi, səhv edə, aza, büdrəyə bilər - axı bizim hər birimiz səhv etmək hüququna malikdir, amma xalqa qarşı pisliklər, siyasi cinayətlər etmiş insanı bağışlamaq olarmı?! Üstəlik mən İnsanovun dilindən nəinki tövbə, heç baş verənlərdən peşmançılıq hissi keçirdiyini də eşitmədim.
Və ən ağrılısı odur ki, sabiq səhiyyə naziri öz cəzasını etdiklərinə görə çəkmədi. Təəssüf! Çünki İnsanov dövləti cinayətkardır, bütöv xalqa qarşı ən ağır siyasi cinayətləri törədib. İnsanov keçmişdə kim olub? Bəlkə bu canavarın cinayətlərini özünə və bütün Azərbaycan xalqına xatırlatmağa dəyər?
Əli İnsanov – nasist, daha dəqiq desək, qəbilə cinayətkarıdır, azərbaycanlıların tayfa klanı ideyasının əsas müəllifi və nəzəriyyəçisidir, bunu fanatik şəkildə təbliğ etdirib və bir məşhur bölgədən olan azərbaycanlıların qondarma müstəsna üstünlüyü ideyasını birmənalı şəkildə tətbiq edib.
1993-cü ildə Səhiyyə Nazirliyinin rəhbəri olaraq Ə.İnsanov nazir kimi, qurum əməkdaşlarının, doğum yeri məcburi göstərilməklə, siyahılarını tərtib etmişdi. Bu yalnız nasist ölkələrində tətbiq olunub, bunu yalnız nasist cinayətkarları ediblər. Və sovet cinayətkarları yəhudilərlə mübarizədə. Ə.İnsanov demək olar, beş il ərzində təcrübəli, təhsilli və qabaqcıl Azərbaycan həkimlərinin ən qalmaqallı kütləvi təmizlənməsini keçirdi, hansılar ki, öz günahları olmadan başqa regiona mənsub idilər.

Bütün məhkəmələr qanunsuz işdən çıxarılmış həkimlərin şikayətləri ilə dolu idi. Və bütün bu qəddar nasist seçimi ictimaiyyətin gözləri qarşısında baş verirdi. Ə.İnsanovun yaparxiya iyerarxiyasında tibb bacısından başlayaraq rəhbər vəzifəli şəxslərə qədər hamı seçimdən "doğum yerləri haqqında düzgün qrafa" prinsipi üzrə keçirdi.
İnsanov həm də birinci qəbilə siyasi təşkilatının – "Ağrıdağ"ın yaradılmasının ön sıralarında dururdu. Bu mason lojasının iclaslarında sabiq nazirin öz dilindən tez-tez səslənən küfr çağırışlar hələ də qulaqlarımdadır. Sonuncu iclası Ə. İnsanov Aşıq Ələsgər adına klubda tutulmamışdan bir neçə ay əvvəl keçirdi. "Biz – çoxluğuq. Və biz onları bizimlə hesablaşmağa məcbur edəcəyik. Heç kim bizim razılığımız olmadan qərarlar qəbul edə bilməyəcək",-deyə bu qəzəbli fürer bəyan edirdi. Yeri gəlmişkən, Milli Məclisin üzvü olan dostlarımdan biri, “KVN” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanov sonradan xatırlayırdı ki, parlament dəhllizlərində İnsanovu arxasınca "Fürer" adlandırırdılar.
Bizim hamınızı siyasi neolit dövrünə çəkən tayfa rəhbəri.
Ə.İnsanov parlament tribunasından etdiyi alovlu nitqlərində kifayət qədər tez-tez siyasi rəqiblərə faşist metodları ilə divan tutmağa səsləyirdi. O, müxalifət siyasətçilərini güllələməyə və edam etməyə, qəzetləri və telekanalları bağlamağa, mitinqləri və nümayişləri amansızcasına dağıtmağa çağırırdı.
Allaha, aləmlərin Rəbbinə həmd olsun ki, YouTube Ə.İnsanovun jurnalistlərə münasibətdə barbar rəftarı sərgilədiyi alçaldıcı səhnələri qoruyub saxlayıb.
Budur, həmin bədnam epizodlardan biri. ANS TV-nin müxbiri Afət Telmanqızı əlində mikrofon nazirə yaxınlaşır və ona zərərsiz sual verməyə cəhd edir. Qeyri-məhdud hakimiyyətə bürünmüş özündənrazı nazir sifətində sadist ifadə ilə ona bu təhqiramiz qısa fraza ilə cavab verir: “Konkret rədd ol!”. Nazirə xas kobud, saymazyana münasibət. Bax, o özünü ilk məhkəmə prosesində, dəmir barmaqlıqlar arasında da elə bu cür saymazyana və eybəcər formada aparırdı. Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Lalə Bağırovanın ifadəsini eşidəndə İnsanov ona xas heyvani manera ilə demişdi: “Lala, sən mənim kabinetimdə deyilsən. Burcutma!”
Şişirtmədən deyə bilərik ki, 90-cı illərdə İnsanov ümumxalq miqyasında ikrah və nifrət doğururdu. Səhiyyə naziri ölkədə sistemli korrupsiyanın və dairəvi qarşılıqlı məsuliyyətin banisi idi. Nəyə görə xalqın yaddaşında böyük ölçüdə ancaq “İnsanov korrupsiyası” qalıb? Səhiyyə Nazirliyində tətbiq edilmiş total soyğunçuluq və qara asılılıq sistemi hər bir azərbaycanlıya toxunurdu. Axı 90-cı illərdə bizlərdən heç də hamı xaricdə və ya ixtisaslaşmış kommersiya tibb müəssisələrində alternativ müalicə imkanlarına malik deyildi. Hamı əsasən dövlət xəstəxanalarına və poliklinikalarına üz tuturdu. Orada isə ödəmək lazım gəlirdi. Təhqir edilmiş və alçaldılmış azərbaycanlılar pula gedən nə varsa satıb həkimlərin kabinetlərinə gedirdi. Hər şeyə görə pul ödəmək lazım gəlirdi-dərmanlara, həkimlərin xidmətlərinə, əməliyyata, müalicəyə...Bütün dövlət tibb müəssisələrinin başında şəxsən İnsanova and içən və sədaqətli olan baş həkimlər oturmuşdu, onlar qara pulların dövriyyəsinin uçotunu və hər “qara qəpiyin” hesabını aparırdılar. İnsanovun korrupsiyalaşması dillərdə dastan idi, xalq arasında ən quldur nazirin qızıl külçələri və sərvətləri haqda əfsanələr dolaşırdı. İnsanovun yay iqamətgahının həyətindəki köpək balıqları haqda danışırdılar, müxalifətçiləri və digər narazıları öz köpək balıqlarına yedirdən vəhşi Dominikan diktatoru Truxilyo ilə parallellər aparılırdı.

Səhiyyə naziri öz kapitalını səliqə ilə xaricə daşıyırdı və İsraildə, Almaniyada klinikalar alırdı. İnsanov özünü hökumətin üzvü və ya siyasi xadim kimi yox, daha çox cinayətkar qruplaşmanın “paxanı”, Koza Nostranın başçısı kimi aparırdı. Təsəvvür edin ki, nazir Ümumdünya Səhiyyə Təşkilatının plenar iclaslarında ailə üzvləri ilə iştirak edirdi, rəsmi nümayəndə heyətinin üzvləri və Səhiyyə Nazirliyinin rəhbər şəxsləri isə bu vaxt dəhlizlərdə ayaq üstə, farağat vəziyyətində dayanmalı olurdular. Səhiyyə Nazirliyində hökm sürən vakxanaliya dövlət orqanlarında permanent olaraq narahatlıq yaradırdı. Və 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycana beynəlxalq təşkilatların xətti ilə daxil olan tibbi pereparatların və humanitar yardımın paylanmasının yoxlanılması üçün dövlət komissiyası yaradıldı. Tale elə gətirdi ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin gənc müşaviri olaraq mənə də bu komissiyanın tərkibində yer almaq nəsib olmuşdu. Dövlət komissiyasının apardığı yoxamaların nəticəsi şokdan da betər idi. İnsanov və onun yaxınları qaçqınlar üçün nəzərdə tutulmuş dərmanları apteklərdə açıq-aşkar satdırmışdılar. İnsanovun yırtıcılığı və oğurluğu heyrətmiz idi-nazir 50 milyon dollardan çox dəyərində dərmanları satdırıb mənimsəmişdi. Və bu 90-cı illərdə baş verirdi! İnsanovun cinayət yolu ilə ələ keçirdiyi kapitalın miqyasını təsəvvür etmək üçün xatırlatmaq kifayət edir ki, həmin dövrdə Azərbaycanın dövlət büdcəsi heç yarım milyard dollara da çatmırdı. İnsanov dövlət içində dövlət qurmuşdu, onun mafiyası sprutun caynaqları kimi “Yeni Azərbaycan” Partiyasını, parlamenti, hökuməti bürümüşdü...
Lakin hakim istebleşmentin içərisində Azərbaycan Koza Nostra-sının liderinə əlcək atan həqiqət carçıları da tapıldı. Onlardan biri Nazirlər Kabinetinin sosial siyasət şöbəsinin şöbə müdiri, həmin dövrün ən dürüst məmurlarından biri olan Çingiz Rəhimov idi. İnsanov Ç.Rəhimovu öz yolu üzərindən asanlıqla kənarlaşdıra bildi, eləcə də digər tənqidçisini-əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevi neytrallaşdırdı. Rəhimova, daha sonra isə Nağıyevə qarşı idarə olunan korrupsiyalaşmış jurnalistlərin hücumları başladı. Mafioz İnsanovun gücü qarşısında hətta baş prokuror Eldar Həsənov da geri çəkildi, onun bütün cinayətlərini adi “tətikçilərin” üstünə atdı.
İnsanovun cinayətlərinə görə baş nazirin müavini İzzət Rüstəmov da siyasi məsuliyyəti üzərinə götürməyə məcbur oldu. İnsanov korrupsiyasına qarşı mübarizədə iştirak edən kim vardısa ortadan götürüldü, sürgün edildi və aparatda postlardan məhrum edildi. İnsanov hakimiyyəti ələ keçirməyə hazırlaşırdı. Və öz siyasi ambisiyalarını gizli axşam toplantılarında gizlətmirdi. Hər bazar günü İnsanov özünün sadiq nökərlərinin-Prezident Administrasiyasından, hüquq-mühafizə orqanlarından rəhbər personaların, deputatların iştirakı ilə qızğın iclaslar təşkil edir, hakimiyyəti ələ almaq barədə yaxın planlarından danışırdı. Hakimiyyətin böyük səyləri sayəsində 2005-ci ildə İnsanovun mafiyasını dayandırmaq və tərksilah etmək mümkün oldu.
Çox təəssüf ki, bu hikkəli mafioz öz cinayətlərinə görə axıradək cəzasını ala bilmədi. Mahmudovun MTN-i İnsanovun bandasının işi üzrə istintaqı faktiki olaraq iflasa uğratdı və siyasiləşdirdi. Heç onun humanitar yardımların mənimsənilməsi ilə bağlı cinayətlərinin əsl miqyası da xatırlanmadı. Naziri uzunmüddətli həbsə məhkum edib düşərgəyə yola saldılar. Və budur, 14 il sonra Əli İnsanov cinayətlərini etiraf etmədən, vicdanı qarşısında hesabat vermədən “Amerikanın səsi”nin obyektivləri qarşısında yenidən peyda olur. İndi isə o, həmin “Amerikanın səsi” olmaq istəyir. Gülməli deyil? Axı bu allahsızlıqdır! Bu bəyəm başqa İnsanovdur?! Siz inana bilərsinizmi ki, siciliyalı mafioz indi şərə qarşı mübarizə və ya insan haqlarının qoruyucusuna çevrilib? Xaç atası necə Nelson Mandela ola bilər axı? Mən sizlərdən, bizlərdən, hamımızdan soruşuram-necə?!
Eynulla Fətullayev
(BİRİNCİ MƏQALƏ)