Əli Kərimli ilə Arif Hacılının müsahibəsini sildilər

eli-kerimli-ile-arif-hacilinin-musahibesini-sildiler
Oxunma sayı: 4457

Hüquqşünas Ələsgər Məmmədlinin təsisçisi olduğu Toplum TV-nin sosial şəbəkə hesabına kiberhücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ə. Məmmədli məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında mobil telefon nömrəsi üzərindən feysbuk hesabına müdaxilə olunub: “Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Toplum TV-nin səhifəsinə müdaxilə edərək onun feysbuk səhifəsinin adı dəyişdirilib.

Eyni zamanda, Toplum TV-də gedən AXCP və Müsavat Partiyası rəhbərləri ilə olan canlı müzakirələrin videoları silinib və təxminən 20 min nəfərin bəyənilməsi ləğv edilib.

İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm”.

Ə.Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda TV-nin sosial şəbəkə hesabına idarəetməni bərpa ediblər: “Səhifənin adını da geri qaytardıq. Amma videoların bərpası mümkün olmadı. Buna görə də həmin videolar yenidən yayımlanacaq”.