“Əli Kərimli ilə İlqar Məmmədovun debatına baxmaq istərdim”

eli-kerimli-ile-ilqar-memmedovun-debatina-baxmaq-isterdim
Oxunma sayı: 2862

Tanınmış vəkil Adil İsmayılov da növbədənkənar parlament seçkilərinə qatılmayan müxalifətçilərdən yazıb.

"Qafqazinfo" xəbər verir ki, o bildirib ki, seçkiyə mütləq getmək lazım idi:

"Məndən soruşan olsa təkrar-təkrar deyərdim ki, seçkiyə mütləq getmək lazım idi və mövqeyimi əsaslandırmaq üçün dəlillər gətirərdim. Daimi oxuyanlar bilir ki, bu barədə çox yazmışam. Əsas arqumentlərimdən biri də bu idi ki, niyə biz seçkiyə gedəndə yaxşı olurdu, indi başqaları gedəndə pis olur. Bu seçkinin əsas xeyirlərindən biri də oldu ki, gedənlər də nağıllar aləminə səyahət etdilər. Artıq təcrübələri var. Onların etmək istədiklərini bizim qəsdən etməmək istəmədiyimizin fərqindədilər. Məni inandıran olsa səhvimi etiraf etməyə hazıram.

Bilirəm ki, yazdıqlarımı diqqətlə izləyənlər çoxdur. Bir təklifim var. Seçkiyə gedənlərlə, onu boykot edənlər arasında müzakirə təşkil edilsin (əslində bu seçkiyə kimi edilməli idi, məncə indi də gec deyil). Şəxsən mən Əli Kərimli ilə İlqar Məmmədov arasında debata baxmaq istərdim. Tərəflərdən xahişim odur ki, sözümü qəribçiliyə salmasınlar. Əvəzində nə vaxtsa onlara təmənnasız hüquqi yardım göstərməyə söz verirəm, arzu etsələr, əlbəttə, fanatlardan xahişim var ki, onlara vəkillik etməsinlər. Hamımızın kimin kim olduğunu xüsusən də özünü lider elan edənlərin və lider kimi qəbul edilənlərin nə düşündüklərini bilmək haqqımız var. Debat baş tutacaqsa, konkret suallarım olacaq".