“Əli Kərimli kral olsun, amma AXCP sədrliyindən getsin” -

eli-kerimli-kral-olsun-amma-axcp-sedrliyinden-getsin-
Oxunma sayı: 2203


“Qafqazinfo” xəbər verir ki, tədbirdə yüzdən çox şəxs iştirak edib. Dövlət himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə AXCP Etimad Qurultayının TK-nın rəhbəri Razi Nurullayev açıb:

“Azərbaycan siyasətində artıq 90-cı illərin əvvəllərindən bu günə qədər siyasətçilərin uğursuzluğu davam edir. Uğursuz siyasətçilər vətəndaşlara seçkidən-seçkiyə xitab edir və növbəti uğursuzluqlarına imza atırlar. Əgər bir siyasətçi uğursuzdursa, apardığı siyasətin nəticəsi yoxdursa, o siyasətçi özündə güc tapıb istefaya getməlidir. Mən bir müddət əvvəl AXCP-dən istefa verməyə məcbur edildim. Bu müddət ərzində oradan qovulmuş, getməyə vadar edilmiş cəbhəçilərlə, keçmiş hərəkatçılarla söhbət apardım və belə bir nəticəyə gəldik ki, yeni bir partiya yaratmaq lazım deyil. Nəticəsiz olacaq. Ona görədə mövcud partiyalara resurs qoymaq və onları dirçəltmək lazımdır. Bu gün Əli Kərimlinin rəhbərlik etdiyi AXCP var və bir də mənim etimad qurultayının sədri olduğum AXCP. Bu gün artıq AXCP ikidir. Amma hər birimizin qəlbində bu, birdir. Biz AXCP-ni parçalamaq istəmədik və buna görə Ədliyyə Nazirliyinə müraciət etmədik. Biz daha çox mənəvi müstəvidə fəaliyyət göstəririk. Əgər 20 il Azərbaycan siyasətində nəticə olmayıbsa, bu uğursuz siyasətə görə siyasətçilər hesabat verməlidir”.

Razi Nurullayev Əli Kərimlini sağlam mübarizəyə çağırıb:

“Əli Kərimliyə səslənirəm. Hakimiyyət müxalifətin parçalanmasını istəyir, birləşməsini deyil. Bu, faktdır. Elə isə biz birləşək, ümumi qurultay olsun, biz də özümüzü buraxaq. Əli Kərimli də sədrliyə namizədliyini verməsin. Əli Kərimli getsin özünü lider, imperator elan etsin, getsin kral olsun. Amma AXCP sədrliyindən getsin, cəbhəçilər rahatlıq tapsın, biz qurultayımızı keçirək. Kim qalib gələcəksə, o da partiyanın sədri olsun. Normal sədr olsun”.

Daha sonra seçki keçirilib. Səsvermə nəticəsində Şirvani Qasımov AXCP Nərimanov şöbəsinin sədri, Mikayıl Quliyev Ali Məclisin üzvü, Səbuhi Fərzəliyev, Maarif Mehdiyev, Əfsun Bayramov, Mikayıl Quliyev Nəzarət Təhqiqat Komitəsinin üzvləri, Şirvani Qasımov, Mikayıl Quliyev, Ələkbər Səfərov, Səbuhi Fərzəliyev isə Qurultaya nümayəndə seçiliblər.

“Qafqazinfo”