“Qafqazinfo” xəbər verir ki, bu barədə “Turan”-a M.İbrahim özü bildirib.
M.İbrahimin sözlərinə görə, martın 6-da sahə müvəkkili onun yanına gələrək Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsinə getməsini istəyib. Maşında onun telefonunu alıblar. Lakin bundan öncə müxalifətçi onu polisə apardıqları barədə məlumat verə bilib.
Polis bölməsində ona bildirilib ki, Milli Şurasının martın 15-nə təyin etdiyi mitinqdə iştiraka çağırışla bağlı saxlanılıb.
Sonda M.İbrahimə razılaşdırılmamış aksiyaya çağırışın yolverilməz olması barədə xəbərdarlıq edərək buraxıblar.
Son xəbərlər
Son Xəbərlər