Əli Laricani də prezident olmaq istəyir - Fotolar

eli-laricani-de-prezident-olmaq-isteyir
Oxunma sayı: 2998

İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” yayıb. 

Məlumata görə, 66 yaşlı iranlı siyasətçi bu gün sənədlərini təqdim edib.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

Onu da qeyd edək ki, Ə.Laricani 2008-2020-ci illərdə İran parlamentinin sədri olub. O, 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı da namizəd olmasına baxmayaraq, 7 namizəd arasında altıncı yeri tutub. Həmin seçkilərdə isə Mahmud Əhmədinecad qalib gəlmişdi.