Əli Nağıyev Ərdoğanla görüşdü - Fotolar

eli-nagiyev-erdoganla-gorusdu
Oxunma sayı: 10399

Bu gün Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, KALE adlanan yeni binanın açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.

Tədbirə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev də qatılıb. DTX rəisi Türkiyə Prezidenti ilə yanaşı, bu ölkənin MİT başqanı Hakan Fidanla da görüşüb.