“Əli və Nino”dan oğurluq edən saxlanılıb

eli-ve-ninodan-ogurluq-eden-saxlanilib-
Oxunma sayı: 1488


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs dünən axşam elə hadisə yerindəcə saxlanılıb. O Sabirabad rayon sakini 1997-ci il təvəllüdlü Xəlilov Şəhruz Rəşid oğludur. Ş.Xəlilov Nəsimi rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Q. Rəhimov bildirib ki, “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli hadisə ilə bağlı dəfələrlə polis bölməsinə dəvət edilməsinə baxmayaraq, gəlməyib. Hadisə ilə bağlı cinayət işi açılıb, digər zəruri istintaq əməliyyatları davam etdirilir. 

Murad Əhməd