“Qafqazinfo” xəbər verir ki, filmlə bağlı ənənəvi yazılar silsiləsinin davamında buro247.az saytı sizə Əli və Nino cütlüyünün filmdən olan ilk birgə fotosunu təqdim edir.
Aprelin 1-dən etibarən "İçərişəhər"də yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək. Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.
Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb. Əli və Nino Bakı şəhər opera teatrında "Yevgeni Onegin" tamaşasını izləməyə gedirlər. Məhz burada Əli erməni Məlik Naçararyanın Ninoya laqeyd olmadığının bir daha şahidi olur.
Bundan başqa, çəkilişlər Qubanın qədim Xınalıq kəndində də aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri göstərilib.
Əsərdə köhnə Bakı, Bibiheybət neft mədənləri sahəsi barədə söhbət açılır. Artıq bu səhnələrin də çəkilişi yekunlaşıb. Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tbilisidə aparılması planlaşdırılır.
Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, Asif Kapadiya, ssenari müəllifi isə Kristofer Hemptondur. Filmdə baş rolları Adam Bakri və Mariya Valverde canlandırırlar. Aktyor heyətinə Mendi Patinkin, Konni Nilsen, Rikkardo Skamarço, Humayun Ərşadi, Halit Ergenç, Numan Acar, Fəxrəddin Manafov, Rasim Cəfərov, Pərviz Bağırov, Dəniz Tacəddin və digərləri daxildir.
Son xəbərlər
Son Xəbərlər