“Əliağa Vahidin qızı işsizdir, evi çox pis vəziyyətdədir” - Video

eliaga-vahidin-qizi-issizdir-evi-cox-pis-veziyyetdedir
Oxunma sayı: 4375

Dahi qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın sosial problemləri var.

“Qafqazinfo” xəbər verir ki, şairin 68 yaşlı yadigarının vəziyyəti barədə tarzən Humay Qədimova öz instaqram hesabında məlumat verib.

“İşsizdir, təkdir, evi çox pis və təmirsiz vəziyyətdədir”, - o deyib.

H. Qədimova Ə. Vahidin qəzəllərinə müraciət edən xanəndə və meyxanaçıları Firəngiz xanıma kömək etməyə çağırıb.

Qeyd edək ki, Ə. Vahidin digər övladı, oğlu Ramiz İsgəndərov dünyasını dəyişib.