Əlibaba Məmmədovun yubileyi- - Fotolar

elibaba-memmedovun-yubileyi-
Oxunma sayı: 1654


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, muğamının tədrisi, təbliği istiqamətindəki bənzərsiz fəaliyyətindən söz açıb.

Əlibaba Məmmədov xanəndələrin repertuarından bu gün də düşməyən 100-dən çox mahnı və təsnif yaradıb. 

Qeyd edilib ki, Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisi olan Əlibaba Məmmədov hələ gənclik illərində oxuduğu “Simayi-Şəms” ritmik muğamı, “Şur” dəstgahı, “Çahargah” muğamı dinləyicilərin qəlbini fəth edib. Ustadı Seyid Şuşinskidən aldığı dərslər ömrü boyu yaddaşından silinməyib. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, tədrisində böyük rol oynayıb.

Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.