“Himayədar ailələrdə əlil uşaqlar üçün müavinətlərin verilməsinə ayrıca yanaşılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Nazir müavini bildirib ki, əlil uşaqlara veriləcək hər iki müavinət daha çox olacaq: “Müvafiq fərman çıxdıqdan sonra müavinətlərin miqdarı bilinəcək”.
Həmçinin oxuyun: “Назначение его вместо Гаджи Шахина было неправильным решением”
***
Deputat Vüqar Bayramov isə təklif edilib ki, himayədar ailəyə götürdükləri qız uşaqları üçün daha çox müavinət verilsin: “Digər ölkələrin təcrübəsində qız uşaqlarını himayəyə götürən ailəyə daha çox ödəniş edilir. Məqsəd də ailələrin daha çox qız uşaqlarını himayəyə götürməsidir. Bizdə də gender yanaşmasının tətbiqi vacibdir. İnkişaf etmiş ölkələrdə də himayədar ailələrlə bağlı müavinətlər müəyyənləşdirilən zaman gender yanaşması olub. Müavinətin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı da mexanizmin hazırlanmasına ehtiyac var. Xərclərin hesablanması mütləqdir ki, uşaq himayəyə götürüldükdən sonra bu, diskrimnativ münasibətin formalaşmasına gətirib çıxarmasın”.
Qeyd edilən təklifə cavab olaraq nazir müavini əlavə edib ki, bu, diskriminasiyaya yola açar: “Uşaq müəssisələrində olan 1559 nəfərin 1000-ə yaxını oğlan uşağıdır. Biz qızlara xüsusi yanaşma tətbiq etsək, oğlanlara qarşı ayrı-seçkilik etmiş olarıq”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər