Əlillər üçün yeni layihə

eliller-ucun-yeni-layihe
Oxunma sayı: 662

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının  maliyyə yardımı ilə  "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi"  İctimai Birliyi  "Sağlamlıq  problemləri olan vətəndaşların  və fiziki qüsurlu insanların həyat  səviyyəsinin yaxışlaşdırılmasına təşəbbüslər" layihəsini həyata keçirtməyə başlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, layihənin əsas məqsədi əlilliyi olan, sağlamlıq problemləri yaşayan insanların sosial müdafiəsi və müayinəsi ilə bağlı  müalicələrin təşkili, əlillərin ictimai həyatın bütün sahələrdə iştirakına və  layiqli həyat sürmələri üçün şəraitin yaxşılaşdırılmasında dəstək olmaqdır. Layihə çərçivəsində həmçinin həmin kateqoriyadan olan insanlara  hüquqi xidmətlər və mütəxəsis məsləhətləri veriləcək.

Layihənin müddəti 3 aydır. Layihə  Azərbaycan Respublikasının  Səhiyyə Nazirliyinin müvafiq strukturları ilə,  Əmək və Əhalinin  Sosial Müdafiə  Nazirliyinin tabeliyində olan Protez-Ortopedik  Bərpa  Mərkəzi, Respublika Əlillərinin Bərpa Mərkəzi, Xəzər rayonunda olan Müharibə Əlilləri üçün Müalicə Pansionatı ilə  əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.