“Qafqazinfo” xəbər verir ki, bu kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi Prezident İlham Əliyevin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 30 aprel tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir.
Tədbirdə qeyd edilib ki, Prezidentin 2013-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə təminatı tam başa çatdırılıb. Həmin müddətədək növbəyə duran Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl əlillərinin avtomobillə təminatının isə avqust ayında yekunlaşdırılması planlaşdırılır.
Bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az, www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim olunur.
Son xəbərlər
Son Xəbərlər