Əlilliklə bağlı qanuna bu maddə əlavə edilir

elillikle-bagli-qanuna-bu-madde-elave-edilir
Oxunma sayı: 2076

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən qanuna 3.3-1 maddə əlavə edilməsi təklif olunur. Bu maddədə qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

Günel Türksoy