Əlilliyin müəyyən olunmasında yeni meyarlar

elilliyin-mueyyen-olunmasinda-yeni-meyarlar-
Oxunma sayı: 2382

Azərbaycanda əlillik və sağlamlıq imkanlarının məhdudluğu yeni meyarlar əsasında müəyyən olunacaq.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni təsdiq edib.

Buna müvafiq olaraq Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” və 21 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” qüvvədən düşüb.