Elina ilə bağlı daha bir məhkəmə başlayır

Elina ilə bağlı daha bir məhkəmə başlayır
Oxunma sayı: 1289

Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan və bir gün sonra xəstəxanada vəfat edən şagird Elina Hacıyeva ilə bağlı daha bir məhkəmə işi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu iş üzrə təqsirləndirilən, hadisənin baş verdiyi 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova barəsindəki hökmdən E.Hacıyevanın ailəsi narazı qalıb. Ailənin vəkili Emin İsayev bildirib ki, hökmdən verdikləri apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində dekabrın 20-i saat 11-də hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib.

S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi