“Əlincəqala”dan - - Fotolar

elinceqaladan-
Oxunma sayı: 2374


Əlincəqaladakı qədim yaşayış evləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hovuzları bütün incəlikləri ilə tədqiq olunmuş, onların forması müəyyənləşdirilmiş və tarixi görkəmi saxlanılaraq bərpa edilib. İnşaat texnikası və planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Hazırda qala divarlarındakı bürclərdə və zirvəyə gedən yol boyunca işıqlandırma sistemləri quraşdırılır.

Məlumat üçün deyək ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin tikintisi də davam etdirilir.  Belə ki, Əlincə dağının ətəyində inşa olunan binada əsas tikinti işləri başa çatdırılıb. İş otaqları və ekspozisiya zalından ibarət olacaq bina qalanın tarixi görkəmi ilə ahənglik təşkil edəcək.

Sara

“Qafqazinfo”