Əlində narkotik kisəsi olan şəxs saxlanıldı

elinde-narkotik-kisesi-olan-sexs-saxlanildi
Oxunma sayı: 1874

Tovuz rayonunda içində narkotik dolu kisəylə gəzən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqda şübhəli bilinən, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Rəhman Cəfərov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə St. Xətt Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen kisədən  yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı XPŞ-nin baş müstəntiqi, polis kapitatın Natiq Əliyarov tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.