Əlində partlayıcı vasitənin partladığı şəxsin kimliyi məlum oldu - Yenilənib

elinde-partlayici-vasitenin-partladigi-sexsin-kimliyi-melum-oldu
Oxunma sayı: 3219

Bərdə rayonunda "Amminal" partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində "Amminal" partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

**

Əlində "Amminal" partlayıcı vasitəsi partlayan gənc oğlanın kimliyi məlum olub. 

"Qafqazinfo"nun məlumatına görə, o, Məmmədli Məhəmməd Elgiz oğludur. 

Tural Hüseynli