“Əgər namizəd pozuntunu sosial şəbəkəyə qoymursa, demək ki, başqa marağı var”.
“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M. Pənahov bildirib ki, bu zaman namizəd hansısa əlavə effekt yaratmaq istəyir: “Varsa görüntüsü, qoy qoysun şəbəkəyə, hamı baxsın da. Niyə gizlədirlər ki? Kim əlindəki videomaterialı qoymayıbsa, deməli, orada məntəqənin fəaliyyətinə kölgə salacaq heç bir hal yoxdur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər