“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, markasına anasının adını verən Altuğ “Selma by Pınar Altuğ” adlı dizaynlarını izləyiciləri ilə bölüşür. Barmaqlarına taxdığı üzükləri çəkən və əl fotosunu paylaşan Altuğun qırış əlləri isə izləyicilərini şoka salıb.
Şəbəkə istifadəçiləri aktrisaya “Bu əllər Pınar Altuğun ola bilməz”, “ Həqiqətən çox yaşlı əllərin var “, “Qadının üzü 25, əlləri 50 yaşındadır” mesajları göndərib.
Altuğ isə onu tənqid edənlərə “Çox maraqlıdırsa, açıqlayıram. Bəli, mənim əllərimdir. Hər zaman əllərim belə olub. Amma sizi narahat etdisə, süni əl tapıb, əllərimi dəyişdirərəm. Bu əllərlə öz kolleksiyamı tanıdıram. Alsanız, öz əlinizə taxacaqsınız, rahat olsun” -, deyə cavab verib.
Könül
Son xəbərlər
Son Xəbərlər