Əlindəki torbada yarım kiloqram narkotik aşkarlandı - Foto

elindeki-torbada-yarim-kiloqram-narkotik-askarlandi
Oxunma sayı: 970

Xızıda keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.