Bərdədə 58 yaşlı kişi göldə boğulub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.
Belə ki, rayonun Zümrxan kənd sakini, 1962-ci il təvəllüdlü Səfərov Əlamdar Cəlal oğlu gölün kənarında əl-üzün yumaq istəyərkən gölə yıxılaraq boğulub.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanları cəlb olunub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər