Elis gümüş medalla kifayətləndi

elis-gumus-medalla-kifayetlendi
Oxunma sayı: 1274

Azərbaycan güləşçisi Elis Manolova İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Qafqazinfo" xəbər verir ki, 65 kq çəki dərəcəsində qüvvəsini sınayan milliləşdirilmiş bolqarıstanlı finalda həmyerlisi Mimi Nikolova Xristova ilə bacarmayıb.

Qitə birinciliyində ardıcıl 3 dəfə finala çıxan güləşçimiz ikinci dəfə məğlubiyyət acısı yaşayıb. O, 3:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Üçüncü yer uğrunda qarşılaşmada isə Tatyana Omelçenko (62 kq) qələbə qazanıb. Veranika İvanova (Belarus) ilə üz-üzə gələn təmsilçimiz 4:0 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub. 

Beləliklə, qadın güləşçilərdən ibarət Azərbaycan Avropa çempionatını başa vurub. 8 idmançı ilə qatıldığımız yarışda təmsilçilərimiz 1 gümüş və 1 bürünc medala sahib olub.