Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək.
O, iyulun 11-dən 24-dək Almaniyada keçiriləcək turnirdə ədaləti qoruyacaq.
Qeyd edək ki, Ağayev hazırda Bakıda keçirilən 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatında da hakim kimi iştirak edir.
Son xəbərlər
Son Xəbərlər