Futbol üzrə gənclər arasında (U-21) Avropa çempionatının final mərhələsi start götürüb.
“Qafqazinfo” xəbər verir ki, yarışın açılış oyunu ötən axşam Tiflisdəki “Mixail Mesxi” adına stadionda keçirilib.
Belçika və Niderland komandaları arasında açılış matçının baş hakimi Əliyar Ağayev olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ə.Ağayev 5 futbolçuya (3-ü Belçika, 2-si Niderland) sarı vərəqə göstərib.
Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib
Son xəbərlər
Son Xəbərlər