Əliyar Ağayev Çempionlar Liqası matçında

eliyar-agayev-cempionlar-liqasi-matcinda
Oxunma sayı: 5198

FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, dünən Avropa Liqasının II təsnifat mərhələsinin “Kayrat” – “Alkmaar” görüşünü idarə edən ədalət təmsilçisi bu dəfə ÇL-in III təsnifat mərhələsində fit çalacaq.

O, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.