Əliyar Ağayev Kiyev “Dinamo”sunun matçında

eliyar-agayev-kiyev-dinamosunun-matcinda
Oxunma sayı: 1135

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Luqano” (İsveçrə) oyununun baş hakimi olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Dekabrın 12-də keçiriləcək “Dinamo” – “Luqano” oyunu saat 21:55-də start götürəcək.