Əliyar Ağayev Konfrans Liqası oyununda

eliyar-agayev-konfrans-liqasi-oyununda
Oxunma sayı: 2002

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-u Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.