Əliyar Ağayev Norveçin oyununa təyin olundu

eliyar-agayev-norvecin-oyununa-teyin-olundu
Oxunma sayı: 1003

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. "Qafqazinfo" xəbər verir ki, qitə futbol qurumu FIFA referisini Maltaya göndərir.

Belə ki, o, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də Ta-Qalidəki Milli stadionda baş tutacaq.