Əliyar Ağayev PAOK-un matçına təyinat aldı

eliyar-agayev-paok-un-matcina-teyinat-aldi
Oxunma sayı: 931

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı hakim ölkə çempionatının XXVIII turunun “Panatinaikos” - PAOK matçını idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcəklər.
 
Qeyd edək ki, görüş aprelin 4-də keçiriləcək.