Əliyar Ağayev Super Liqa matçına təyinat aldı

eliyar-agayev-super-liqa-matcina-teyinat-aldi
Oxunma sayı: 1625

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

"Qafqazinfo" xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası 22-ci tur çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma fevralın 2-si saat 21:30-da baş tutacaq.