Əliyar Ağayev yenidən Yunanıstan Super Liqasında

eliyar-agayev-yeniden-yunanistan-super-liqasinda
Oxunma sayı: 1590

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın Super Liqasının oyununa təyinat alıb. 

“Qafqazinfo” Yunanıstan Super Liqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK - “Aris”  matçını idarə edəcək.

Ona həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. 

Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.