Əliyar Ağayevə UEFA-dan təyinat

eliyar-agayeve-uefa-dan-teyinat
Oxunma sayı: 1303

FIFA referisi Əliyar Ağayev UEFA-dan daha bir təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində “Ludoqorets”lə (Bolqarıstan) “Servett” (İsveçrə) arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.

Fevralın 22-də Razqrad şəhərində təşkil olunacaq qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını icra edəcək.

Görüşün VAR hakimi türkiyəli Alper Ulusoy, onun köməkçisi isə Abdulkadir Bitigendi. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.