19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, turnirdə iştirak edən azərbaycanlı hakim Əliyar Ağayev son turda növbəti oyununu idarə edib.
FIFA referimiz B qrupunda baş tutan İngiltərə - Xorvatiya matçında ədaləti qoruyub. Qarşılaşma İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyar Ağayev bu matçda Xorvatiyanın iki futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Son xəbərlər
Son Xəbərlər