Əliyar Ağayevin idarə etdiyi oyunda 8 qollu qələbə - Video

eliyar-agayevin-idare-etdiyi-oyunda-8-qollu-qelebe
Oxunma sayı: 3435

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələ oyununu idarə edib.

“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz Herninq şəhərindəki “Herninq Arena”da keçirilən Danimarka – Moldova qarşılaşmasında iş başında olub.

Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.

Oyuna gəlincə, Danimarka yığması bu oyunda 8:0 hesablı qələbəyə sevinib. Meydan sahibləri bu qollardan birincisini 19-cu dəqiqədə məhz Ağayevin təyin etdiyi penaltidən dəqiq yararlanmaqla vurublar. 

Moldova yığmasının qapısını bu oyunda “Keşlə”nin qapıçısı Stanislav Namaşko qoruyub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.