Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etməli olduğu Yunanıstan kubokunun yarımfinalının “Olimpiakos” - AEK cavab görüşü təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Olimpiakos”un rəsmi saytı məlumat yayıb.
Görüşün təxirə salınmasına səbəb ölkənin Larissa şəhəri yaxınlığında baş vermiş qatar qəzasıdır. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.
“Olimpiakos” bildirib ki, qarşıdakı müddət ərzində qarşılaşmanın yeni tarixi açıqlanacaq.
Son xəbərlər
Son Xəbərlər