Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etdi

eliyev-2018-ci-ili-cumhuriyyet-ili-elan-etdi
Oxunma sayı: 6610

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.