Əliyev efiopiyalı həmkarını təbrik etdi

eliyev-efiopiyali-hemkarini-tebrik-etdi
Oxunma sayı: 744

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: 

“Hörmətli xanım Prezident, Efiopiyanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm".