Əliyev Kosta-Rikanın yeni prezidentini təbrik edib

eliyev-kosta-rikanin-yeni-prezidentini-tebrik-edib
Oxunma sayı: 850

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: 

“Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.