Əliyev növbəti görüşün vaxtını iyunda müəyyən edəcək

eliyev-novbeti-gorusun-vaxtini-iyunda-mueyyen-edecek
Oxunma sayı: 2898

Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Serj Sarkisyan növbəti görüşlərinin vaxtını və yerini iyunda müəyyənləşdirəcəklər.

Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Vyanada keçirilən görüşdə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

“Həmin görüşdə Dağlıq Qarabağ məsələsinin yoluna qoyulmasının yekun parametrlərinin razılaşdırılması işi davam etdiriləcək”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, mayın 16-da İlham Əliyev Sarkisyanla Vyanada görüşüb. Minsk qrupunun sədrliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi, onun nəticələri və həlli yolları müzakirə olunub.