Dünya İqtisadi Forumunun təşkilatçıları Davosda keçirilən görüşlərin “Top-33” siyahısını hazırlayıblar.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Davos görüşü forumun 33 ən mühüm hadisələrindən biri kimi dəyərləndirilib. Bununla bağlı forumun saytında deyilir:
“Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların irəliləyişi üçün Dünya İqtisadi Forumu çərçivəsində mühüm görüşü keçirildi”.
Son xəbərlər
Son Xəbərlər