Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşünə hazırlıqlar gedir.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov danışıqların keçiriləcəyi yer və tarixlə bağlı məlumat verməyib. O bildirib ki, yekun razılıq əldə olunduqdan sonra bu haqda məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər